Səmada bığlı təyyarələr uçacaq - FOTO
17 Noyabr 2012 10:23
Milli.Az The Guardian-a istinadən bildirir ki, "Movember" kampaniyasına qatılan kişilər üzlərini qırxmır, bığ saxlayır və bununla da xərçəng xəstəliyi zamanı orqanizmlərində hormonal disfunksiya yaranan insanları dəstəklədiklərini nümayiş etdirirlər.
Bığ və saqqal "Movember"in simvollarıdır.
Britaniyanın British Airways, Qantas və WestJet aviaşirkətləri də kampaniyaya qatılaraq bəzi təyyarələrinin "burun"larına iri bığ çəkdiriblər.
Aviaşirkətlər bu minvalla ölkədə "Movember" kampaniyasını dəstəkləyərək bığ saxlamağa başlamış 1,5 milyon kişini dəstəkləyirlər.
Aksiyaya Avstraliyanın "Wallabies" reqbi komandası da qatılıb.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Fotolar: Getty İmages