Azərbaycanda miqrasiya sahəsində çalışanlar üçün yeni medallar təsis olundu - FOTO

16 Noyabr 2012 21:21
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə", "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" və "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli 454-IVQD nömrəli Qanununun tətbiqi haqqında
fərman imzalayıb.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə", "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" və "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli 454-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə", "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" və "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli 454-IVQD nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə"nin 2-ci maddəsində və "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə"nin 2-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunla təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" Azərbaycan Respublikası medalının təsviri"nin 3-cü və 4-cü bəndlərində, "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikası medalının təsviri"nin 3-cü və 4-cü bəndlərində, "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" 1-ci dərəcəli Azərbaycan Respublikası medalının təsviri"nin 4-cü bəndində, "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" 2-ci dərəcəli Azərbaycan Respublikası medalının təsviri"nin 4-cü bəndində və "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" 3-cü dərəcəli Azərbaycan Respublikası medalının təsviri"nin 4-cü bəndində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti nəzərdə tutulur.

3. "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" Azərbaycan Respublikasının medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisinə verilsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə", "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" və "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı haqqında əsasnaməni təsdiq edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, əsasnamədə deyilir:

"Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.

Maddə 1. Təltif edilən şəxslər

"Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə miqrasiya orqanlarının xüsusi rütbəsi olan işçiləri aşağıdakılara görə təltif edilirlər:

1.1. miqrasiya orqanlarında qulluqda xüsusilə fərqlənməyə və səmərəli fəaliyyətə görə;
1.2. xidməti fəaliyyətdə əldə etdikləri nailiyyətlərə və xidməti vəzifələrinin icrasına nümunəvi yanaşdıqlarına görə;
1.3. miqrasiya orqanlarının inkişafında göstərdikləri xüsusi xidmətlərə görə.

Maddə 2. Təltif edən orqan

Miqrasiya orqanlarının işçilərini "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə müvafiq icra hakimiyyəti orqanı təltif edir.

Maddə 3. Döşə taxılma qaydası

"Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır".

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" Azərbaycan Respublikasının medalı haqqında əsasnaməni təsdiq edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, əsasnaməda deyilir:

"Maddə 1. Təltif edilən şəxslər

"Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluğunun hər il martın 19-dək 10, 15 və 20 təqvim ili tamam olmuş xüsusi rütbəsi olan işçilər vəzifə borclarını qüsursuz yerinə yetirdiklərinə görə təltif edilirlər.

Maddə 2. Medalın dərəcələri

2.1. "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" Azərbaycan Respublikası medalının 3 dərəcəsi vardır:
2.1.1. "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" 1-ci dərəcəli Azərbaycan Respublikasının medalı - miqrasiya orqanlarında azı 20 il qüsursuz qulluq edən şəxslərə;
2.1.2. "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" 2-ci dərəcəli Azərbaycan Respublikasının medalı - miqrasiya orqanlarında azı 15 il qüsursuz qulluq edən şəxslərə;
2.1.3. "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı - miqrasiya orqanlarında azı 10 il qüsursuz qulluq edən şəxslərə verilir.
2.2. "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" 1-ci dərəcəli Azərbaycan Respublikasının medalı "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" Azərbaycan Respublikası medalının ən yüksək dərəcəsidir.

Maddə 3. Təltif edən orqan

Miqrasiya orqanlarının işçilərini "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" Azərbaycan Respublikasının medalı ilə müvafiq icra hakimiyyəti orqanı təltif edir.

Maddə 4. Döşə taxılma qaydası

"Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır".

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə"Azərbaycan Respublikasının medalı haqqında əsasnaməni təsdiq edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, əsasnaməda deyilir:

"Maddə 1. Təltif edilən şəxslər

"Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, habelə beynəlxalq təşkilatların nümayəndələri aşağıdakılara görə təltif edilirlər:
1.1. miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə;
1.2. miqrasiya sahəsində mühüm layihələrin hazırlanmasında və həyata keçirilməsində fəal iştiraka görə.

Maddə 2. Təltif edən orqan

Bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı ilə müvafiq icra hakimiyyəti orqanı təltif edir.

Maddə 3. Döşə taxılma qaydası

"Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır".

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" Azərbaycan Respublikası medalının təsvirini təsdiq edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, sənəddə deyilir:

"1. "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı (bundan sonra - medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 35 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.

2. Hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduz formalı medalın ön tərəfində iki dairə yerləşdirilmişdir. Birinci dairənin daxilində aşağı hissədə həkk edilmiş diametri 2 mm olan səkkizguşəli ulduzdan sol tərəfdə aşağıdan başlamaqla dairə boyunca "MİQRASİYA ORQANLARINDA QULLUQDA FƏRQLƏNMƏYƏ GÖRƏ" sözləri həkk olunmuşdur. Medalın ön tərəfinin səthi nahamardır.

3. İkinci dairənin daxilində səkkizguşəli ulduz, onun ətrafı boyunca çevrə formasında üç zolaq təsvir olunmuş, ikinci zolağın üzərində, ulduzun guşələri arasında səkkiz düymə bərkidilmişdir. Ulduzun daxilində müvafiq icra hakimiyyəti orqanının rəsmi embleminə müvafiq şəkildə yer kürəsi, onun mərkəzində paralel və meridianların kəsişməsi fonunda Azərbaycan Respublikasının xəritəsi təsvir edilmişdir. Dəfnə yarpaqları ilə əhatə olunmuş bu kompozisiyanın yuxarı hissəsində diametri 3 mm olan səkkizguşəli ulduz təsvir olunmuşdur. Səkkizguşəli ulduzlar, yer kürəsi, xəritə, paralel və meridianlar, dairəvi xətlər, dəfnə yarpaqları və sözlər relyefli olub, qızılı rəngdədir.

4. Medalın arxa tərəfinin səthi hamardır, mərkəzində dairə, dairənin daxilində səkkizguşəli ulduz, onun ətrafı boyunca çevrə formasında üç zolaq təsvir olunmuş, ikinci zolağın üzərində, ulduzun guşələri arasında səkkiz düymə bərkidilmişdir. Səkkizguşəli ulduzun daxilində müvafiq icra hakimiyyəti orqanının rəsmi embleminə müvafiq şəkildə yer kürəsi, onun mərkəzində paralel və meridianların kəsişməsi fonunda Azərbaycan Respublikasının xəritəsi təsvir edilmişdir. Bu kompozisiyadan aşağıda medalın nömrəsi, nömrədən sol tərəfdə aşağıdan başlamaqla dairə boyunca "AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT MİQRASİYA XİDMƏTİ" sözləri, həmin sözlər və medalın nömrəsi boyunca diametri 1 mm olan 32 səkkizguşəli ulduz təsvir olunmuşdur. Yer kürəsi, xəritə, paralel və meridianlar, səkkizguşəli ulduzlar, sözlər və rəqəmlər relyefli olub, qızılı rəngdədir.

5. Medal paltara bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçülü düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Yaşıl xara lentin kənarlarından mərkəzə doğru bir-birindən 5 mm aralı yerləşən və hər biri 1 mm olan sarı rəngli iki zolağın arasında 3 mm enində sarı rəngli zolaq təsvir edilmişdir. Xara lentin üst hissəsinə eni 4 mm olan hamar qızılı təbəqə bərkidilir. Xara lentin alt hissəsinə eni 7 mm olan hamar qızılı təbəqə bərkidilir, təbəqənin ortasında aypara və səkkizguşəli ulduz təsvir edilmişdir.
6. Medala paltara bərkidilmək üçün medalın elementi olan xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur".

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikası medalının təsvirini təsdiq edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, sənəddə deyilir:

"1. "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı (bundan sonra - medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 35 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.

2. Hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduz formalı medalın ön tərəfində iki dairə yerləşdirilmişdir. Birinci dairənin daxilində aşağı hissədə həkk edilmiş diametri 2 mm olan səkkizguşəli ulduzdan sol tərəfdə aşağıdan başlamaqla dairə boyunca "MİQRASİYA ORQANLARI İLƏ SƏMƏRƏLİ ƏMƏKDAŞLIĞA GÖRƏ" sözləri həkk olunmuşdur. Medalın ön tərəfinin səthi nahamardır.

3. İkinci dairənin daxilində müvafiq icra hakimiyyəti orqanının rəsmi embleminə müvafiq şəkildə yer kürəsi, onun mərkəzində paralel və meridianların kəsişməsi fonunda Azərbaycan Respublikasının xəritəsi təsvir edilmişdir. Xəritənin üzərində əməkdaşlıq simvolu əks olunmuşdur. Yer kürəsi, xəritə, paralel və meridianlar, səkkizguşəli ulduz, dairəvi xətt, əməkdaşlıq simvolu və sözlər relyefli olub, qızılı rəngdədir.

4. Medalın arxa tərəfinin səthi hamardır, mərkəzində dairə, dairənin daxilində səkkizguşəli ulduz, onun ətrafı boyunca çevrə formasında üç zolaq təsvir olunmuş, ikinci zolağın üzərində, ulduzun guşələri arasında səkkiz düymə bərkidilmişdir. Ulduzun daxilində müvafiq icra hakimiyyəti orqanının rəsmi embleminə müvafiq şəkildə yer kürəsi, onun mərkəzində paralel və meridianların kəsişməsi fonunda Azərbaycan Respublikasının xəritəsi təsvir edilmişdir. Bu kompozisiyadan aşağıda medalın nömrəsi, nömrədən sol tərəfdə aşağıdan başlamaqla dairə boyunca "AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT MİQRASİYA XİDMƏTİ" sözləri, həmin sözlər və medalın nömrəsi boyunca diametri 1 mm olan 32 səkkizguşəli ulduz təsvir olunmuşdur. Yer kürəsi, xəritə, paralel və meridianlar, səkkizguşəli ulduzlar, sözlər və rəqəmlər relyefli olub, qızılı rəngdədir.

5. Medal paltara bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçülü düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Tünd göy xara lentin hər iki kənarında 1,5 mm enində və onların hər birindən mər­kəzə doğru 4 mm aralı 2,5 mm enində sarı rəngli şaquli zolaq təsvir edilmişdir. Xara lentin üst hissəsinə eni 4 mm olan hamar qızılı təbəqə bərkidilir. Xara lentin alt hissəsinə eni 7 mm olan hamar qızılı təbəqə bərkidilir, təbəqənin ortasında aypara və səkkizguşəli ulduz təsvir edilmişdir.

6. Medala paltara bərkidilmək üçün medalın elementi olan xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur".

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir
"Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" Azərbaycan Respublikası medalının təsviri



Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir
"Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə"
Azərbaycan Respublikası medalının təsviri




Foto: AzərTAc