2 yaşlı uşaq təyyarədə öldü

16 Noyabr 2012 13:30
O, təyyarənin Moskvada yerə enməsinə 10 dəqiqə qalmış keçinib.

Milli.Az Life News-a istinadən bildirir ki, ürək-damar sistemində problemləri olan uşağın halının pisləşdiyini görən təyyarə komandiri Vnukovo hava limanın dispetçerləri ilə əlaqə saxlayaraq təcili eniş tələb edib.

"Utair" aviaşirkətinin təyyarəsi enən kimi uşaq hava limanındakı tibb məntəqəsinə aparılıb.
Artıq nəfəs almayan uşağı həkimlər reanimasiya etmək istəsələr də, alınmayıb.

"Utair"dən verilən məlumata görə, vəfat etmiş uşaq serebral iflic xəstəsi idi.

Anası onu Moskvadakı klinikalardan birinə terapiya kursu üçün aparırdı.

Milli.Az