Smartfonlar havadakı jestləri anlayacaq
14 Noyabr 2012 20:10
Bu həll sayəsində istifadəçilər, məsələn, əlini ekrana toxundurmadan sadəcə onun qarşısından keçirməklə smartfonu "oyada" bilərlər.
Milli.Az ICTnews-a istinadən bildirir ki, jestlərin tanınması texnologiyasını kütləviləşdirən birinci şirkət 2006-cı ildə "Wii" oyun konsolunu istifadəyə vermiş "Nintendo" olub. Bundan sonra 2010-cu ildə "Microsoft" korporasiyası "Xbox" oyun konsolu üçün "Kinect" kontrollerini təqdim etmişdi.
Bu qurğulardan fərqli olaraq, "MT" şirkətinin "3D" datçik texnologiyası kameralardan deyil, elektrik sahələrindən istifadə edir. Buna görə də yeni həll 150 mikrovatt enerji sərf edir. Yeni texnologiyanın daha bir üstünlüyü onun qiymətidir. Prosessorun kütləvi istehsalına start verildikdə onun qiyməti 2.26 dollar təşkil edəcək."GestIC" çipləri noutbuk, planşet, fərdi kompüter və ya işıqlandırma cihazlarında tətbiq edilə bilər.
Milli.Az