İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib

1 Fevral 2010 17:11
"Qanunun 187-1 maddəsinə edilən dəyişikliyə görə, qanunun tələblərini pozmuş teleradio yayımçılarının ona tətbiq edilən müvafiq məsuliyyət tədbirinin məzmunu barədə məlumatı müəyyən edilmiş vaxt ərzində özünün televiziya və radio kanalında yayımlamaması ilə bağlı məsuliyyət nəzərdə tutulur", - Trend News-un məlumatına görə, bazar ertəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirib.

Ə.Hüseynovun sözlərinə görə, qanunun tələblərini pozan vəzifəli şəxslərin üç yüz manatdan beş yüz manatadək, hüquqi şəxslərin isə min manatdan iki min manatadək cərimə edilməsi nəzərdə tutulur.

Milli.Az