"Titanik"in daş-qaşı göstəriləcək - FOTO

13 Noyabr 2012 10:55
Milli.Az ABC-yə istinadən bildirir ki, "Titanik"dən qaldırılan bütün artefaktlara sahiblik hüququna malik "Premier Exhibitions Inc." şirkəti sərginin təşkilatçısıdır.

Şirkətin vitse-prezidenti Aleksandr Klinqelhoferin dediyinə görə, sərgidə 15 əşya - brilyant və sapfir qaşlı üzüklər, boyunbağılar, qızıl cib saatları və s. nümayiş olunacaq.

1987-ci ildə okeanın dibindən çıxarılmış əşyaların əksəriyyəti bir dəri çantada olub.

Çox yəqin ki, "Titanik" batmağa başlayanda gəminin xəzinədarı zinət əşyalarını seyfdən çıxararaq çantaya yığıbmış.
Bəzi əşyalar əvvəllər ayrı-ayrı sərgilərdə göstərilsə də, Atlanta ilk dəfə bir sərgidə olacaq.

Noyabrın 16-da açılacaq sərgi gələn ilin yanvarın 6-na qədər davam edəcək, sonra Orlando və Las-Veqasda göstəriləcək.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



















Fotolar:  Premier Exhibitions Inc.