İkinci pilot təyyarəni "məhv etmək istəyib"

26 Mart 2015 21:10

Fransa rəsmilərinə əsasən çərşənbə axşamı qəzaya uğramış Germanwings təyyarəsinin ikinci pilotu təyyarənin idarəsini öz üzərinə götürərək enişə başlayıb. Belə görünür ki, o təyyarəni "məhv etmək istəyib", rəsmilər bildirir.
 

Milli.Az BBC-yə istinadən bildirir ki, daha əvvəl xəbərlərdə deyilmişdi ki, Fransanın Alp dağları üzərində qəzaya uğramış Airbus 320 təyyarəsinin pilotlarından biri kabinəni tərk etdikdən sonra kilitlənmiş qapı arxasında qalaraq öz yerinə qayıda bilməyib.

Marsel şəhərinin prokuroru hadisə vaxtı ikinci pilotun kabinədə tək olduğunu bildirib.
 

Brice Robinin sözlərinə görə kapitan kabinəyə daxil olmağa çalışarkən "pilot kabinəsində tam süküt" və ikinci pilot bilərəkdən enişə başlayıb.

Martın 24-də 4U 9525 reysilə Barselonadan Düsseldorfa yollanan təyyarə 8 dəqiqəlik sürətli enişin ardından qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində olan 150 adam həlak olub.
 

Fransalı prokuror ikinci pilot - Andreas Lubitz-in - son ana kimi sağ qaldığını bildirib.

Onun sözlərinə görə, sərnişinlər "ən son anadək" qəza barədə bixəbər olublar.
 

Germanwings şirkətinə məxsus təyyarə sərnişinləri arasında o cümlədən Almaniya, İspaniya, Avstriya, Türkiyə, Danimarka və Belçika vətəndaşlarının olduğunu bildirilib.

Lufthansa şirkətinin rəhbəri Carsten Spohr intensiv təlim keçən pilotun "uçuşa 100 faiz" hazır olduğunu və onu "dəhşətli addım"a sövq edən motivlər barədə heç bir izahata malik olmadığını deyib.
 

Carsten Spohr deyib ki, 6 il əvvəl Lubitz-in təlimləri qısa müddətə dayandırılsa da "namizədin uyğunluğunun yenidən təsdiqlənməsi" ardınca bərpa olmuşdur.

Pilot kabinəsini tərk etmiş pilotlardan biri bağlı qapı arxasında qalaraq öz yerinə qayıda bilməyib, New York Times qəzeti adı açıqlanmayan təhqiqatçıya əsasən prokurorun açıqlamasından əvvəl yayımalanan məlumatında bildirib.
 

Uçuşun audio yazısını təhlil edən təhqiqatçı bildirib ki, pilotun qapını döydüyünə baxmayaraq ona cavab verən olmayıb.

"Bayırdakı kişi qapını döyür amma cavab yoxdur, - audio yazını təsvir edən təhqiqatçı deyib. - Onun qapını daha möhkəm döyərək yerindən vurub sındırmağa çalışdığını eşitmək olar".
 

Cümə axşamı təhqiqata yaxın olan daha bir mənbə vəziyyətin bənzər təsvirilə AFP agentliyilə bölüşüb.

Germanwings Almaniyanın Lufthansa şirkətinə məxsusdur.
 

Milli.Az