"Wikipedia"ya video yükləmək mümkün olacaq

12 Noyabr 2012 20:48
"Yeni pleyer "Wikipedia" və onun "qardaş" saytlarında artıq əlçatandır" - resursun nümayəndələri qeyd ediblər.
Milli.Az ICTnews-a istinadən bildirir ki, video "HTML5" texnologiyasını dəstəkləyən pleyer vasitəsilə əks olunacaq.

Qeyd edək ki, videoməzmunun "Wikipedia" onlayn ensiklopediyasına inteqrasiyası layihəsinə 2008-ci ildə start verilib, lakin o vaxtdan etibarən onun istifadəyə verilməsi texniki problemlərə görə bir neçə dəfə təxirə salınıb. Layihənin sponsoru "Kaltura" açıq videoplatforması və "Google" şirkətidir.

Milli.Az