"Sədərək"də valyutadəyişmə məntəqəsinə basqın oldu

25 İyun 2010 13:01
Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, hadisə Sədərək Ticarət Mərkəzindəki valyutadəyişmə məntəqəsində törədilib.

Bakı şəhər sakini Elman Həsənova məxsus valyutadəyişmə məntəqəsindən qıfılı sındırmaq yolu ilə içərisində 10.000 rubl və 9.000 manat pul olan seyf oğurlanıb.

Keçirilən tədbirlər nəticəsində seyf, Bakı-Lənkəran xətti ilə işləyən, Bakı şəhər sakini Əbilov Mirzəmmət Balaağa oğluna məxsus "İkarus" markalı avtomaşında aşkar edilib.
Faktla bağlı axtarış tədbirləri davam etdirilir.

Anar Məmmədov
Milli.Az