Hürrem sevgilisini qadının əlindən zorla qurtardı - FOTOSESSİYA
11 Noyabr 2012 10:43
Milli.Az HT-Magazin-ə istinadən bildirir ki, "Mühteşem yüzyıl" serialında Hürrem Sultan obrazını canlandıran Meryem Uzerli sevgilisi Can Ateşlə Beyoğlu Asmalımesciddə yeni əyləncə məkanın açılışında olarkən bir qadın onlara hücum çəkib.
Can Ateşin boynuna sarılan qadını Meryem uzaqlaşdırmağa çalışsa da, gücü çatmayıb. Çaş-baş qalan sevgililərə yaxınlıqda olan jurnalistlər kömək ediblər.
Həmin qadının bir qədər öncə Sezen Aksu və Cem Yılmaza da hücum çəkdiyi, əqli çatışmazlığı olduğu deyilir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

















