"Oracle" yeni şirkət alır
10 Noyabr 2012 19:11
Sazişin şərtləri barədə məlumat verilmir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, satın alınmış şirkətin məhsulları həm istifadəçi obyektlərində, həm də hesablama "bulud"unda işləyəcək. Şirkətdən verilən məlumata əsasən, yeni texnologiya "Primavera" xətti, həmçinin "Fusion Applications" ilə birləşdiriləcək.
Hazırda "Instantis" şirkətinin əsas məhsulu "Enterprise Track" həllidir. Bu həll korporativ strategiyaların bütün elementlərini idarə etməyə imkan verir. "Instantis" şirkətinin məhsulları "DuPont", "Credit Suisse", "Xerox" və digər şirkətlərdə istifadə olunur.
Milli.Az