Diqqət! Bu fənn xəstəlik yaradır

10 Noyabr 2012 17:23
Çikaqo Universiteti riyaziyyatla məşğul olmağın yaratdığı narahatlığın miqrenə səbəb olduğunu sübut etməyə cəhd edib.

Anspress "Le Figaro" nəşrinə istinadən bildirir ki, bu barədə tədqiqatın müəlliflərindən olan Asma Maadın məqaləsində deyilir: "Riyaziyyat, bu fənnin yaratdığı narahatlıq insanlar üçün təhlükəlidir. O, gərginlik və qorxu ilə müşayiət oluna bilər".

Təəcüblüdür ki, alimlərin araşdırmasına görə, riyazi məsələnin həlli haqqında fikir zamanı beyində yaranan həyəcan əlimizi qaynar tavaya vuranda hiss etdiyimiz fiziki ağrıya bənzər reaksiya yaradır.

Amma riyaziyyatçılar bu cür tədqiqatın əleyhinədirlər. "Bəsdir, riyaziyyatın karikaturasını düzəltdilər, fəlsəfə üçün də belə araşdırma apara bilərdilər", - deyə riyaziyyat professoru Pyer vurğulayır.

Amma tədiqiqatçılar riyaziyyatın yaratdığı qorxunu real sayırlar: "İstənilən fobiya kimi onu da sağaltmaq lazımdır".

Milli.Az