Pikassonun əsəri 41 milyon dollara satıldı
9 Noyabr 2012 21:17
Dünən Nyu-Yorkda "Sotheby's" tərəfindən həyata keçirilən hərracda Pablo Pikassonun "Nature morte aux tulipes" (Zanbaqla natürmont) əsəri 41.5 milyon dollara satılıb.
Milli.Az Anspress-ə istinadən xəbər verir ki, 1932-ci ildə çəkilən şəkildə rəssamın ilham pərisi və məşuqəsi məşhur fransız Mari Tereza Valter təsvir edilib.
Tereza Valterin Pikasso tərəfindən çəkilən digər bir portreti olan "Femme a la Fenetre" (Pəncərənin yanında qadın) 17.2 milyon dollara satılıb.
Ümumilikdə hərracda məşhur ispan rəssamın 9 əsəri satışa çıxarılıb. 6-8 milyon dollara satılması gözlənilən "Femme a la robe verte" əsəri isə hərracda satılmayıb.
Milli.Az