Xaçmazda minik maşınları toqquşub

9 Noyabr 2012 13:32
Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, Gəndob-Yalama yolunun 25-ci km-də, Xaçmaz şəhəri ərazisində yol nəqliyyat hadisəsi baş verib.

Qusar rayonunun Balaqusar kənd sakini Rəşad Ağaşirinovun idarə etdiyi "Seat İbiza" markalı 90 NS 462 qeydiyyat nişanlı avtomobil qarşıdan gələn Xaçmaz rayon Qaradağlı kənd sakini Abdulla Cəlilova məxsus "VAZ 21011" markalı 36 BA 568 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşub.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Hazırda fakt araşdırılır.

Milli.Az