Avropa Liqası: "Fənərbağça" sevindirdi, "Neftçi" üçüncü yerdə - YENİLƏNİB - VİDEO - FOTOSESSİYA
9 Noyabr 2012 11:26
08:56
Futbol üzrə Avropa Liqasının qrup mərhələsində dördüncü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bütün qruplarda görüşlər dünən baş tutub.
Azərbaycan çempionu "Neftçi"nin doğma meydanda Rusiya "Rubin"i ilə görüşüb və məğlub olub. Qardaş Türkiyənin bu turnirdəki yeganə təmsilçisi "Fenerbahce" də evdə Kipr "AEL Limassol"uyla qarşılaşıb. Təmsilçimizdən fərqli, Türkiyə klubu doğma meydanda növbəti qələbəsini rəsmiləşdirib.
Keçirilən digər oyunların nəticələri və qruplardakı son durum isə belədir:
Avropa Liqası Qrup mərhələsi 8 noyabr
A qrupu
Anji (Rusiya) - Liverpool (İngiltərə) - 1:0 Qol: Traore, 45.
Udinese (İtaliya) - Young Boys (İsveçrə) - 2:3 Qollar: Di Natale, 47, Fabbrini, 83 - Bobadilla, 27, Farnerud, 65, Nutsolo, 73. Matçın 45-ci dəqiqəsində meydan sahiblərinin heyətində Di Natale penaltidən yararlana bilməyib.