Azərbaycanda uşaqlara yeni cizgi filmi təqdim ediləcək

8 Noyabr 2012 17:43
Trend Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən xəbər verir ki, "Cırtdan və Təpəgöz" cizgi filminin təqdimatı noyabrın 15-də Nizami Kino Mərkəzində keçiriləcək.

Cizgi filmi nazirliyin sifarişi ilə "Üç dost" şirkətində gənc animatorlar Rəşad Əfəndiyev Yusif Qabilov tərəfindən 3D formatda çəkilib.

Təqdimatda, həmçinin "Azərbaycanfilm" kinostudiyasının son illərdə istehsal etdiyi, qarşıdan gələn günlərdə nümayişləri olacaq filmlərlə bağlı açıqlamalar veriləcək.

Milli.Az