Məşhur studiyanın binası onu yaşadacaq

8 Noyabr 2012 18:12
Stiv Cobsun adı binaya giriş qapısının üstündə yazılıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Stiv Cobs yalnız "Pixar"ın inkişafı ilə məşğul olmayıb, həm də hazırda onun adını daşıyan binanın layihələşdirilməsində iştirak edib. Onun planlarına əsasən, böyük atrium binanın əsas elementi olmalı idi və o, elə layihələşdirilməli idi ki "Pixar" şirkətinin əməkdaşları müxtəlif bölmələrin həmkarları ilə tez-tez görüşə bilsinlər.

Xatırladaq ki, kinostudiyanın əsası 1979-cu ildə Corc Lukas tərəfindən qoyulub və əvvəlcə "Computer Division" adlanıb. 1986-cı ildə Stiv Cobs onu 10 milyon dollara satın aldı və şirkəti "Pixar" adlandırdı. "Oyuncaqların tarixi", "Bədheybətlər korporasiyası" və bu kimi animasiya filmləri kinostudiyaya ümumdünya şöhrəti qazandırdı. 2006-cı ildən etibarən isə "Pixar" şirkəti "Walt Disney"ə məxsusdur.

Milli.Az