DayTube-un ən maraqlı videolarını Facebook-da da izləyin
7 Noyabr 2012 15:44
Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, ötən dövr ərzində DayTubе-a minlərlə video yüklənib. İndi isə Facebook-da DayTube-un ayrıca səhifəsi yaradılıb. Bundan belə Day.Az saytının Facebook-dakı oxucuları sayta yüklənmiş yeni videolardan xəbər tuta biləcəklər.
DayTube-un Facebook səhifəsində videoların axtarışı və baxışı üçün yaxşı şərait yaradılıb.
DayTube bölməsindəki yeniliklərlə bağlı keçidlər sizin hansı iş görməyinizdən asılı olmayaraq görünəcək.
Qeyd edək ki, DayTube ən maraqlı, populyar, əyləncəli və maarifləndirici video çarxların məkanıdır. Video çəkən və onu internetdə paylaşmaq istəyən hər bir kəs DayTube vasitəsi ilə geniş ictimaiyyətə təqdim edə bilər.
DayTube-a "РАЗДЕЛЫ Day.Az" rubrikasından və ya www.DayTube.az ünvanı vasitəsi ilə daxil olmaq mümkündür.
Saytdan videoları qeydiyyatdan keçməklə bu səhifədən yükləmək mümkündür.
Qeyd edək ki, yüklənən faylın ölçüsü 500 mb-dən çox olmamalıdır. Yüklənən fayllar avi, wmv, mov, mpg, mpeg, flv, asf, mp4, mkv, 3gp formatında olmalıdır.
DayTube-un Facebook səhifəsinə qoşulun. Maraqlı videoçarxları yükləyin və baxın.
Milli.Az