"Ölməzdən öncə izləməli olduğunuz 111 film"
7 Noyabr 2012 15:25
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqında kino təbliğatı ilə məşğul olan "Kinomansan" səhifəsinin üzvü bir qrup kinosevər gənc tərəfindən
"Ölməzdən öncə izləməli olduğunuz 111 film" kitabının təqdimatını keçirib. Tədbiri giriş sözü ilə açan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov kitabı Azərbaycan kinosunda inqilabi hadisə adlandırıb. "Art film company" və "Cinema" gənc Kinematoqrafçılar İttifaqının dəstəyi ilə işıq üzü görən kitabın ön sözü tanınmış rejissor Rüstəm İbrahimbəyova məxsusdur.
"Cinema" gənc Kinematoqrafçılar İttifaqının direktoru Fehruz Şamıyev: "Bu layihə "Kinomansan" qrupu tərəfindən yaranıb. Qeyd edim ki, bu layihənin müəllifi Şahin Xəlildir. Layihə "Cinema" mərkəzində nümayiş olunanda onun necə də dəyərli bir layihə olduğunu gördük. Düşünürəm ki, Azərbaycanda kino sahəsində çalışan hər bir kəsdə bu kitab olmalıdır".
Qeyd edək ki, kitabda dünyaca məşhur olan rejissor və kinoşünasların ən maraqlı məqalələri tərcümə olunaraq oxuculara təqdim olunub.
Milli.Az