Ermənistan-Türkiyə münasibətləri «Nabucco»ya mane olur

1 Fevral 2010 15:58
Milli.Az Türkiyənin "Cihan" agentliyinə istinadən xəbər verir ki, bu fikirlər Avropa İslahatlar İnstitutunun hesabatında yer alıb. Hesabatda bildirilir ki, Yerevanla Ankaranın münasibətlərinin normallaşdırılması istiqamətində başlanmış proses Türkiyə-Azərbaycan münasibətlərinə mane olur. "Bu isə "Nabucco" layihəsinin reallaşdırılmasını ləngidən əsas problemə çevrilir", - deyə qurum bildirir.

Hesabatda qeyd edilir ki, Azərbaycanla Türkiyə arasında münasibətlər tam qaydaya düşməsə, "Nabucco"nun reallaşdırılması mümkün olmayacaq.

Milli.Az