"Hugo Boss" ailəsinin 65 milyon avrosu əlindən alındı
6 Noyabr 2012 15:40
Milli.Az Agdesign.it-ə istinadən bildirir ki, İtaliyanın maliyyə polisi "Hugo Boss" brendi üçün parçalar və hazır paltarlar istehsal edən Marzotto ailəsinin daşınmaz əmlakı ilə maliyyələrini yoxlayıb.
Yoxlamaların nəticələrindən sonra ailənin 13 üzvünə qarşı ittihamlar irəli sürülüb. Polis ailənin Roma, Kortina və Sardiniyadakı daşınmaz əmlakını müsadirə edib.
Müsadirə edilən əmlakın ümumi dəyəri 65 milyon avrodur.
Marzotto korporasiyası 1836-cı ildən bəri toxuculuq və moda sektorunda çalışır.
Milli.Az