Arvadını qumarda uduzdu
6 Noyabr 2012 13:08
Qumara aludə olan Karpov şəhərdəki oyun salonlarından birində tanışları ilə poker oynayırdı. Günorta saatlarında başlayan oyun gecədən xeyli keçmişə qədər davam etdi.
Milli.Az European-a istinadən bildirir ki, pullarının hamısını uduzan Karpov əldən verdiyi məbləği geri qaytarmaq üçün oyuna davam edib.
O, əvvəlcə maşını, sonra evi, bağı və bankdakı hesabını qumara qoyub.
Karpov yenə uduzub.
Belədə Anatoli son çıxış yolu qismində arvadı Tatyananı qumara qoyub.
O, arvadını da Sergey Brodov adlı şəxsə uduzub.
Ertəsi gün Karpovun evinə yollanan Brodov "uduş"unu tələb edib.
Tatyana Karpova ərinin onu qumarda uduzduğunu eşidəndə şoka düşüb, dava salıb, sonra isə evi tərk edib.
4 gün sonra isə o, ərindən boşanaraq Brodovla yaşamağa başlayıb.
"Sergeylə ailə qurduq. Çox bəxtəvərəm. Sergey məni pokerdə uduza bilər, amma onu sevirəm", - Tatyana deyib.
Milli.Az