SAZZ İnternet Gəncədə fəaliyyətə başlayıb

5 Noyabr 2012 17:44
SAZZ genişzolaqlı simsiz limitsiz İnternet xidməti Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə fəaliyyətə başladı. Artıq Sazz 4G İnternetin iki satış nöqtəsi Sazz İnteternet abunəçisi olmaq istəyən gəncəlilərin xidmətindədir. Yeni Gəncə, Ə.Mehmandarov küçəsi və Cavadxan küçəsi 71 ünvanında yerləşən yeni satış nöqtələrində abunəçilərə xüsusi təlim keçmiş operatorlar və texniki dəstək heyəti xidmət göstərəcək.

Sazz 4G İnternet şirkətinin mətbuat mərkəzinin məlumatına görə, şirkət növbəti 8-10 ay ərzində Şəki, Zaqatala, Quba, Qusar, Lənkəran, Masallı və digər iri regional mərkəzlərdə fəaliyyətə başlamağı planlaşdırır. Azərbaycanda Mobile WiMAX 4G texnologiyası əsasında fəaliyyət göstərən genişzolaqlı simsiz İnternet xidməti olan SAZZ 4G İnternet istifadəçilərə 25 manatlıq aylıq abunə haqqı müqabilində saniyədə 10 Mb-dək qoşulma sürəti olan standart tarif planını təqdim edir.