Sazz 4G İnternet BakuTelə yeniliklərlə gedir
5 Noyabr 2012 16:32
Noyabr ayının 6-dan 9-dək Xəzər və Qafqaz regionlarının ən iri telekommunikasiya tədbiri olan 18-ci beynəlxalq "BakuTel-2012 sərgisi" öz işinə başlayır. "Bakı Ekspo Mərkəzində" keçiriləcək bu ilki sərgidə yerli şirkət və təşkilatlardan əlavə dünyanın 30 ölkəsindən 200 şirkət öz pavilyonları ilə çıxış edəcəklər. Ənənəvi olaraq sərgidə yerli mobil operatorlar, rabitə, texnologiya və xidmət şirkətləri ən son yeniliklərini və xüsusi təkliflərini nümayiş etdirəcəklər.
Sazz 4G İnternet şirkəti bu il də "BakuTel" sərgisinin iştirakçıları arasındadır. Azərbaycanda Mobile WiMAX 4G texnologiyası əsasında fəaliyyət göstərən genişzolaqlı simsiz İnternet xidməti olan SAZZ İnternet sərgidə yeni məhsullarını nümayiş etdirəcək, eləcə də bütün Sazz modemlərini xüsusi endirimlərlə "BakuTel" ziyarətçilərinə təklif edəcək. Sərgi ziyarətçiləri arasında Sazz 4G İnternet abunəçisi olmaq istəyən bütün şəxslər sərginin davam edəcəyi dörd gün ərzində sərfəli qiymət və şərtlərlə təklif olunacaq paketlər haqqında geniş məlumat almaq, Sazz modemlərini sınaqdan keçirmək imkanına malik olacaqlar.
Bundan başqa sərgidə Sazz 4G İnternet şirkətinin Azərbaycana yeni gətirdiyi Wimaxion portativ simsiz mobil modemi nümayiş olunacaq, ziyarətçilərə Wimaxion haqqında geniş məlumat veriləcək.
2011-ci ildəki "BakuTel" sərgisindən ötən vaxt ərzində Sazz 4G İnternet şirkəti əhatə dairəsini genişləndirmə işlərini mütamadi olaraq davam etdirib və builki "BakuTel" ərəfəsində Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə gineşzolaqlı İnternet xidməti göstəməyə başlayıb. Artıq noyabrın 5-dən etibarən Gəncənin İnternet istifadəçiləri simsiz limitsiz İnternetin verdiyi imkandan faydalanmağa başlayıblar. Son bir neçə ay ərzində Sazz 4G İnternet şirkəti Bakı şəhərində əhatə dairəsini genişlənidirib və mövcud əhatə dairəsinin gücünü əhəmiyyətli dərəcədə artırıb.
Azərbaycanda Mobile WiMAX 4G texnologiyası əsasında fəaliyyət göstərən genişzolaqlı simsiz İnternet xidməti olan SAZZ 4G İnternet 2010-cu ildə AzQtel şirkəti tərəfindən qurulub. SAZZ İnternet istifadəçilərə 25 manatlıq aylıq abunə haqqı müqabilində saniyədə 10 Mb-dək qoşulma sürəti olan standart tarif planını təqdim edir.
Bakı, Xırdalan, Sumqayıt, Mingəçevir, Gəncə şəhərlərini, habelə Abşeron yarımadasında yerləşən qəsəbələrin böyük qismini əhatə edən Sazz İnternet 8-10 ay ərzində Şəki, Zaqatala, Quba, Qusar, Lənkəran, Masallı və digər iri regional mərkəzlərdə fəaliyyətə başlamağı planlaşdırır.