"Linkedin" sürətlə populyarlaşır
2 Noyabr 2012 19:57
Resursun populyarlığının artması, həmçinin trafikin həcminin artması buna səbəbdir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, dərc edilmiş məlumatlara əsasən, peşəkar sosial şəbəkə 2012-ci ilin üçüncü rübünün nəticəsinə görə 2.3 milyon dollar dəyərində mənfəət əldə edib. Müqayisə üçün qeyd edək ki, ötən il bu göstərici 1.9 milyon dollar təşkil etmişdi.
Şirkətin satış həcmi 139.5-dən 252 milyon dollara qədər artıb. Artım 81 faizə (!) bərabər olub. Müsbət rüblük hesabat fonunda şirkətin səhmlərinin qiyməti 6 faiz artaraq 113.25 dollar təşkil edib.
Milli.Az