Şok: həkimlər uşağı kor və kar etdilər
2 Noyabr 2012 13:01
Milli.Az Bangkok Post-a istinadən bildirir ki, həmin qadın xəstəxananı məhkəməyə verib.
Nontaburi vilayət məhkəməsindən verilən məlumata görə, 36 yaşlı Pinyamas Yoti oğlu Çaovarini kor və kar dünyaya gətirməsinin səbəbkarlarının ona gərəksiz, sonradan fəsadlara səbəb olmuş dərman verən iki həkimin olduğunu bildirib.
Məhkəmənin qərarına görə, qadının şikayətləndiyi Raçataviti xəstəxanası zərərçəkmiş iddiaçıya 70 min dollar məbləğində təzminat ödəməlidir.
Hökmdə bildirilir ki, Yotinin dünyaya gətirdiyi uşağın kar və kor olmasının səbəbi həmin xanım hamiləliyin 5-ci ayında olanda həkimlərin ona "Warfarin" preparatı vermələridir.
Hadisə 2008-ci ildə baş verib və Yoti uşağını görmə, eşitmə duyğularından məhrum olmasının səbəbinin hamilə olduğu zaman ona verilmiş dərman olduğunu indi təsbit edib.
Üzərində "Hamilə qadınların içməsi qadağandır" yazılmış dərmanı dəfələrlə içəndən 2 ay sonra Yotinin bətnindəki oğlunun beyninə su yığılmağa başlayıb.
Yoti xəstəxanadan təzminat qismində 2,16 milyon bat, yəni 700 min dollar tələb etmişdi.
"Mənə təzminat lazım deyil. O həkimlərin həbs olunmasını da istəmirəm. Sadəcə, bir ana kimi oğlumun haqqını tələb edir, onun hüquqlarını qorumağa çalışıram", - Pinyamas Yoti deyib.
Milli.Az