Windows sürətlə geriləyir

1 Noyabr 2012 18:42
Azalma daha çox "Windows XP" və "Vista" ƏS-də müşahidə olunub. "Windows 8" ƏS-nin bazar payı isə 0,3-dən 0,41 faizə qədər artıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Microsoft" platformasının mövqeyini "Mac"  və "Linux" deyil, mobil ƏS-i sıxışdırıb. Belə ki, 1 ay ərzində "iOS" platformasının payı 5,67-dən 6,16 faizə qədər, "Android"də isə 2-dən 2,82 faizə qədər artıb. "Windows Phone" platformasına gəlincə isə bu ƏS-nin vəziyyəti əvvəlki kimi, 0,06-0,08 faiz aralığında dəyişir.

Milli.Az