22 yaşlı qız zorlandı
23 İyun 2010 12:19
Bu barədə Milli.Az xəbər portalına Bakının Binəqədi rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, rayonun Ziya Bunyadov prospektinin sakini 22 yaşlı Ə.C. prokurorluğa müraciət edərək tanışı Vüqar Rəhimov tərəfindən zorlandığını bildirib.
O qeyd edib ki, ötən gün V.Rəhimov onu aldadaraq avtomobilinə mindirib və İsmayıllı rayonunun İvanovka kəndinə aparıb. Elə həmin gün axşam saatlarında orada onun bakirəliyini pozub.
Faktla bağlı Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsi ilə cinayət işi başlanıb.
Anar Məmmədov
Milli.Az