Dünyanın ən populyar elektron poçtu hansıdır?

1 Noyabr 2012 14:43
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, "Gmail" öz rəqibləri "Yahoo! Mail" (Ymail) və "Hotmail"i qabaqlayıb.

"Gmail"in bir aylıq auditoriyası 287,9 milyon istifadəçidir. İkinci yerdə isə 286,2 milyon aylıq istifadəçi ilə "Hotmail" gedir. Üçüncü yer isə aylıq 281,7 aylıq istifadəçi ilə "Ymail"ə düşüb.

Yuxarıda adları çəkilən poçt xidmətlərindən "Gmail" ən cavanıdır. Bu xidmət 2004-cü ildə fəaliyyətə başlayıb. "Hotmail" 1996-cı ildə, "Yahoo! Mail" isə 1997-ci ildə fəaliyyətə başlayıb.

Milli.Az