iPhone 5 Android-ə pis zərbə vurdu - FOTO

1 Noyabr 2012 14:37
Milli.Az Kantar Worldpanel ComTech-ə istinadən bildirir ki, satışların ümumi həcminə görə iPhone 5 ABŞ bazarında Android sistemi ilə işləyən mobil telefonları sıxışdırıb.

Son bir il ərzində ABŞ bazarında iOS əməliyyat sistemi ilə çalışan mobil telefonların payı 14 faiz artıb, Android əməliyyat sistemi ilə çalışan telefonların sayı isə 9 faiz azalıb.

BlackBerry smartfonlarının istehsalçısı olan RİM (Kanada) korporasiyasının bazardakı payı isə sürətlə azalmaqdadır.

Ekspertlərin fikrincə, iPhone 5-in satışları bundan sonra daha da sürətlənəcək.
Androidin isə mövqeləri bir qədər də zəifləyəcək və bunun əsas səbəbləri arasında Windows Phone 8 əməliyyat sistemi ilə çalışan smartfonların satışa çıxarılmasıdır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.