Pentaqon BlackBerry-dən imtina edir

1 Noyabr 2012 13:50
Milli.Az Gizmodo-ya istinadən bildirir ki, amerikalı hərbçilərə verilmiş BlackBerry smartfonları onlardan alınacaq.

İlkin mərhələdə Pentaqon 162 min qacet alacaq və perspektivdə bu rəqəmi bir neçə milyona çatdıracaq.
Hazırda ABŞ qoşunlarında mobil danışıq vasitələri qismində Kanadanın RİM korporasiyasının məhsulu olan BlackBerry smartfonlarından istifadə edilir.

BlackBerry smartfonları təhlükəsizliyi ilə məşhur olsalar da, RİM-in gələcəyi çox dumanlıdır.

Milli.Az