Suriyalı üsyançılarla kürd partiyasının üzvləri arasında toqquşma baş verdi
31 Oktyabr 2012 15:41
Suriyanın Aleppo şəhərində Azad Suriya Ordusu üsyançıları ilə kürdlərin "Demokratik Birlik Partiyası"nın (PYD) üzvləri arasında toqquşma baş verib. Qarşıdurma zamanı çoxlu sayda insan həlak olub. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Anadolu" agentliyi xəbər verib.
Silahlı qarşıdurma zamanı Azad Suriya Ordusunun 17 döyüşçüsü və PYD-nin 40 üzvü həlak olub.
Agentliyin məlumatına görə, toqquşma Alepponun bir neçə məhəlləsinin suriyalı müxalifətçilərin nəzarəti altına keçməsindən sonra baş verib. Bundan narazı olan kürd partiyasının nümayəndələri Suriya kürdlərinin birliyi haqqında şüarların səsləndirildiyi nümayiş təşkil ediblər. Nəticədə tərəflər arasında silahlı toqquşma baş verib.
Milli.Az