Kiçik elan ölkələri çalxaladı

31 Oktyabr 2012 13:02
Milli.Az The Nation-a istinadən istinadən bildirir ki, Kuala-Lumpurdakı elanda deyilir: "İndoneziyalı xidmətçi satılır! Ucuz qiymət, sərfəli təklif! Bundan sonra ev işləriniz və mətbəxdə yemək bişirmək problemləriniz olmayacaq".

"Satışa çıxarılmış indoneziyalı xidmətçi üçün" 3500 rinqqit, yəni 1150 dollar tələb olunurdu.

Bundan sonra isə Facebook və Twitter-də minlərlə malayziyalı həmin elanı yayıblar, indoneziyalıları təhqir ediblər.

İndoneziyanın XİN başçısı Marti Nataleqava malayziyalı həmkarına zəng vuraraq bu biabırçı olaydan çox sinirləndiyini bildirib: "İndoneziyalı olduğu iddia edilən adamın satışa çıxarılması biabırçılıq, rəzalətdir".

İndoneziyanın əmək naziri Dita İndah Sari isə Malayziyanın rəhbərliyindən olayla bağlı ən sərt və qəti tədbirlərin görülməsini tələb edib.

Malayziyalı əmək naziri S.Subramaniam AFP-yə verdiyi açıqlamasında hadisənin araşdırıldığını və günahkarın tapılaraq cəzalandırılacağını bildirib.

Milli.Az