"Fitch" ARDNŞ-nin reytinqini təsdiqləyib
31 Oktyabr 2012 10:33
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) xarici valyutada uzunmüddətli defolt emitenti reytinqini ("DER") "BBB-", xarici valyutada qısamüddətli "DER"-i isə "F3" səviyyəsində təsdiqləyib.
Uzunmüddətli defolt emitenti reytinqi üzrə proqnoz "Stabil"dir.
Trend-in məlumatına görə, bu barədə "Fitch"in dünən yaydığı məlumatda deyilir.
Milli.Az