Azərbaycanda nə qədər futbolçu var?

22 İyun 2010 22:17
Milli.Az xəbər portalı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, AFFA tərəfindən təxminən ilyarım əvvəl start verilən qeydiyyat sistemində qeydiyyatdan keçən 10 min nəfərin 9 122-si futbolçu, qalanı isə məşqçilər və digər texniki işlərlə məşğul olan şəxslərdir.

AFFA bu artımı son vaxtlar ölkə futbolunun inkişafı və kütləviliyinin yüksəldilməsi naminə müxtəlif yaş qruplarından ibarət liqaların yaradılması, müxtəlif tədbirlərin həyata keçirilməsi ilə əlaqələndirir.

Milli.Az