Kamal adlı oxucu Milli.Az-a müraciət edərək bildirib ki, bir neçə gün əvvəl şəxsi avtomobilinin texniki pasportunu itirib. O, yeni texniki pasport almaq üçün hansı addım atmasını öyrənmək istəyir.
Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Milli.Az-a açıqlamasında bildirdi ki, ilk növbədə, nəqliyyat vasitəsinin sahibi avtomobilinin qeydiyyatda olduğu ərazi üzrə imtahan qeydiyyat şöbəsinə müraciət etməlidir. Həmin şöbəyə yazılı müraciətdən sonra texniki şəhadətnamənin itirilməsi barədə avtomobil sahibinə arayış verilir. Həmin arayış əsasında avtomobil sahibinə dublikat qeydiyyat şəhadətnaməsi verilir.
Şöbə rəisi qeyd etdi ki, dublikat qeydiyyat şəhadətnaməsinin alınması üçün 15 manat dövlət rüsumu ödənilməlidir.
Anar Məmmədov
Milli.Az