Yeni superkompüter hazırlanıb

29 Oktyabr 2012 19:37
Maşının məhsuldarlığı 20 petaflopsdan çoxdur.

Milli.Az ICTnews-a istinadən bildirir ki, sistemin əsasını "NVIDIA Tesla K20" qrafik sürətləndiriciləri və "Opetron 6274 AMD" prosessorları təşkil edir.

Qeyd edək ki, "Titan" maşını "Jaguar" super-kompüterinin yeni versiyasıdır və o, 2010-cu ilin noyabrına qədər dünyanın 500 ən güclü super-kompüteri reytinqində birinci olub. Rəqiblərindən geri qalmaması üçün 3 il bundan əvvəl "Jaguar" super-kompüterini yeniləmək qərarı verilmişdi.

Super-kompüterə "Tesla K20" sürətləndiricisi və 710 terabayt yaddaş quraşdırıblar və yeni sistemi "Titan" adlandırıblar. "NVIDIA"-dan verilən məlumata əsasən, "Titan" sələfindən 10 dəfə daha sürətli olub. Bundan başqa, yeni sistem 5 dəfə az enerji sərf edir.

Super-kompüter müxtəlif sahələrdə tətbiq edilə bilər. Məlumat üçün qeyd edək ki, "TOP500" reytinqi ildə 2 dəfə (iyun və noyabr) yenilənir. Hazırda siyahıda "IBM Sequoia" (16,32 petaflops) super-kompüteri liderlik edir.

Milli.Az