"Samsung" hamını qabaqladı

29 Oktyabr 2012 21:52
2012-ci ilin üçüncü rübünün nəticəsinə görə "Samsung" şirkətinin smartfon bazarındakı payı 31 faizə qədər artıb. "IDC" tədqiqat şirkətinin məlumatına əsasən, Koreya şirkəti 3 ay ərzində 56,3 milyon smartfon satıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, smartfon bazarında "Samsung"un əsas rəqibi olan Amerikanın "Apple" şirkəti yalnız 26,9 milyon smartfon satıb və bazar payı 15 faiz təşkil edib.

Digər şirkətlərin göstəriciləri isə aşağıdakı kimidir: Kanadanın "Research In Motion" (RIM) şirkətinin bazar payı 4,3 faizə qədər, "HTC"-də isə 4 faizə qədər azalıb. Lakin "ZTE"-nin bazar payı 3,3-dən 4,1 faizə qədər artıb.

Məlumat üçün qeyd edək ki, 2011-ci ilin üçüncü rübü ilə müqayisədə cari ildə smartfonların satış həcmi 45.3 faiz artıb.

Milli.Az