Trend News-un məlumatına görə, bu sözləri Milli Məclisin iclasında bu gün deputat Elmira Axundova bildirib.
Onun sözlərinə görə, Azərbaycanda da ayrıca Analar günü bayramının təsis olunmasına ehtiyac var: "Bu bayram aprelin 28-də qeyd oluna bilər. Həmin gün akademik Zərifə Əliyeva anadan olub.".
Onun fikrincə, əgər Analar günü bayramı təsis olunarsa, bu zaman martın 8-nin də bayram kimi qeyd olunmasına ehtiyac qalmayacaq.
"Belə ki, Analar günü bizim milli bayramımız olacaq və düşünürəm ki, həmin gün istirahət günü də elan edilməlidir", - Axundova xatırladıb.