"Sendi" 21 nəfəri öldürdü
26 Oktyabr 2012 09:34
APA xəbər verir ki, Haiti daxili işlər nazirliyi 9 nəfərin həlak olduğu və 3 nəfərin itkin düşdüyü barədə məlumat verib. Daha bir nəfər Yamaykada həlak olub.
Kubanın xilasetmə xidmətləri 11 nəfərin həlak olması barədə məlumat veriblər. Bu ölkədə hökumət təxminən 330 min sakini təhlükəli rayonlardan köçürüb.
Hazırda "Sendi" qasırğası ABŞ sahillərinə doğru hərəkət edir.
Milli.Az