Çempionlar Liqasında iki Azərbaycan klubu qələbə qazandı - FOTO

25 Oktyabr 2012 11:23
Apasport.az saytının məlumatına görə, daha 2 komandamız Çempionlar Liqasının (ÇL) yeni mövsümündə mübarizəyə başlayır.

Serbiyada "Srvena Zvezda" üzərində qələbə qazanan (3:2) "Lokomotiv"in ardınca, "Azərreyl" də avrokuboka start verib. Komandamız doğma divarlar arasında Almaniyanın "Dresdner" klubunu qəbul edib.

Oyunun ilk dəqiqələri voleybolçularımız üçün yaxşı başlayıb. Lakin 10:5 hesabı ilə öndə olan "Azerreyl" yekunda 23:25 hesabı ilə uduzub.

Məğlubiyyətdən nəticə çıxaran Alessandro Çiappininin yetirmələri 2-ci hissədə görüşdə dönüş yaratmağı bacarıblar. Düzdür, ardıcıl 2 hissədə 25:14 hesabı ilə qalib gələrək, setlərin fərqində önə keçən "dəmiryolçular" sonda almanların müqaviməti ilə üzləşiblər. Lakin onlar matçın taleyini tay-brekə uzanmasına imkan verməyərək, "Dresdner"in xal qazanmaq şansının üstündən xətt çəkiblər. 4-cü setdə qonaqları 25:17 hesabı ilə məğlub edən komandamız Çempionlar Liqasına 3 xalla başlayıb.

Dünya çempionatında ikinci yeri tutan "Rabitə" isə Çexiyaya səfər edib. Təmsilçimiz burada "Agel"lə qarşılaşıb.

Dünya çempionatında ikinci yeri tutan "Rabitə" isə Çexiyaya səfər edib. Təmsilçimiz burada "Agel"lə qarşılaşıb.

"Azərreyl"dən fərqli, "Rabitə" rəqib meydanında quru hesablı qələbə qazanıb. İlk seti 4 xal üstünlüyü ilə başa vuran komandamız ikincidə bir qədər çətinlik çəkib.

Amma meydan sahiblərinin bütün cəhdlərinə baxmayaraq, "Rabitə" bu dəfə 25:23 hesablı qələbə qazanıb.

Üçüncü set isə həlledici olub. "Agel"dən açıq-aşkar üstün olan çempionumuz rəqibə cəmi 13 xal verib - 25:13.

24 oktyabr

D qrupu
"AZƏRREYL" (AZƏRBAYCAN) - "DRESDNER" (ALMANİYA) - 3:1 (23:25, 25:14, 25:14; 25:17)

Hakimlər: Arturo di Giakomo (Belçika), Dusan Dovicoviç (Slovakiya)
Bakı, Voleybol Federasiyasının İdman Kompleksi

B qrupu
"AGEL" (ÇEXİYA) - "RABİTƏ" (AZƏRBAYCAN) - 0:3 (21:25; 23:25; 13:25)

Hakimlər: İqor Porvaznik (Slovakiya), Yanik Çaladay (Fransa)
Prostejov, Sport Sentrum

Qeyd edək ki, Azərbaycan ilk dəfə ÇL-də 3 klubla təmsil olunur.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.