Çempionlar Liqasında Azərbaycan klubu əzmkar qələbə qazandı - FOTO

24 Oktyabr 2012 12:05
Dünən Azərbaycanın qadın voleybolçulardan ibarət "Lokomotiv" klubu Çempionlar Liqasının 2012/2013-cü il mövsümündə ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, bu turnirin debütantı olan komandamız qrup mərhələsi çərçivəsində səfərdə Serbiya klubu ilə oyuna çıxıb.
 
Təmsilçimizin ilk rəqibi "Crvena Zvezda" idi. Komandamız bu rəqibi ilə səfərdə qarşılaşsa da, şansları yüksək qiymətləndirilirdi. Axı avrokuboklarda böyük təcrübəyə malik təmsilçimiz ötən mövsüm Çelenc Kubokuna sahib çıxmaqla yadda qalmışdı. Komandamız çətinliklə də olsa, bu görüşdən qalib ayrılmağı bacarıb.
 
Qeyd edək ki, "Lokomotiv"in qrupunda sabah həmçinin Moskva "Dinamo"su (Rusiya) Polşa "Fakro"su ilə üz-üzə gələcək.
 
Çempionlar Liqası
Qrup mərhələsi

23 oktyabr
 
CRVENA ZVEZDA - LOKOMOTİV - 2:3 (14:25, 27:25, 25:23, 17:25, 11:15)


Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.





































Foto: Apasport