Azərbaycan idmançıları Çempionlar Liqasında
24 Oktyabr 2012 11:53
Apasport.az saytının məlumatına görə, daha 2 komandamız Çempionlar Liqasının (ÇL) yeni mövsümündə mübarizəyə başlayır.
Serbiyada "Srvena Zvezda" üzərində qələbə qazanan (3:2) "Lokomotiv"in ardınca, "Azərreyl" də avrokuboka start verir. Komandamız doğma divarlar arasında Almaniyanın "Dresdner" klubunu qəbul edəcək.
Dünya çempionatında ikinci yeri tutan "Rabitə" isə Çexiyaya səfər edib. Təmsilçimiz burada "Agel"i sınağa çəkəcək.
24 oktyabr
D qrupu
18:00. "AZƏRREYL" (AZƏRBAYCAN) - "DRESDNER" (ALMANİYA)
Hakimlər: Arturo di Giakomo (Belçika), Dusan Dovicoviç (Slovakiya)
Bakı, Voleybol Federasiyasının İdman Kompleksi
B qrupu
21:00. "AGEL" (ÇEXİYA) - "RABİTƏ" (AZƏRBAYCAN)
Hakimlər: İqor Porvaznik (Slovakiya), Yanik Çaladay (Fransa)
Prostejov, Sport Sentrum
Qeyd edək ki, Azərbaycan ilk dəfə ÇL-də 3 klubla oynayacaq.
Milli.Az