Almanlar Günəş enerjisini bəyənmədilər

23 Oktyabr 2012 18:36
Milli.Az İCTnews-a istinadən bildirir ki, "Siemens" öz qərarını konsernin bu sferada gözlədiyi ümidlərin doğrulmaması kimi izah edib. Konsern 1 il əvvəl 280 milyon avroya satın aldığı İsrailin "Solel Solar Systems"-ni satacaq.

Qeyd edək ki, şirkət bərpa olunan enerji mənbələri sahəsi üzrə biznesdən tamamilə imtina etməyi planlaşdırmır. Konsern hazırda külək və hidroenergetika sahəsinə köklənəcək. Şirkətdən bildiriblər ki, onlar 2030-cu ilədək dünyada istehsal edilən enerjinin 33 faizini təşkil edəcək.

Milli.Az