Mehriban Xanlarovanın "həyat yoldaşı" bir neçə müğənninin "əri" imiş - YENİLƏNİB

23 Oktyabr 2012 13:48
13:48

Publika.Az portalı Mehriban Xanlarovanın məsələ ilə bağlı münasibətini öyrənib. Aktrisa Etibar Süleymanovun iddialarına qarşı məhkəməyə müraciət etdiyini söyləyib:

"Bu işləri məni gözdən salmaq üçün edirlər. Mən əminəm ki, bu mənim düşmənlərimin işidir. Sizə ərim olduğunu deyən şəxs manyakdır. O xəstədir".

---------
12:32

Sən demə, özünü M.Xanlarovanın əri kimi təqdim edən Etibar Süleymanov başqa müğənnilərin də "əri" imiş.

Milli.Az-ın Day.Az saytına istinadən verdiyi məlumata görə, İlhamə adlı müğənni ATV telekanalının canlı efirində bildirib ki, Etibar Süleymanov onunla vətəndaş nikahı ilə yaşayıb.

"Biz bir ilə yaxın onunla birgə vətəndaş nikahı ilə yaşamışıq. Başa düşəndə ki, o, dələduzdur, ondan ayrıldım. O mənə 8 min manat "atıb". Mən bu verilişə gəldim ki, insanların gözünü açım və deyim ki, Etibar necə dələduzdur. Mənə də o özünü Emin kimi təqdim etmişdi. O məni özünün yalançı valideynləri ilə də tanış etmişdi ki, tam etimadımı qazana bilsin", - o qeyd edib.

Milli.Az