"Azərbaycan mülkiyyət hüquqlarının qeydiyyatı sahəsində on ölkə sırasına öz yerini saxlayıb"
23 Oktyabr 2012 11:38
Azərbaycan Dünya Bankı (DB) və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Doing Business-2013 illik reytinqində mülkiyyət hüquqlarının qeydiyyatı sahəsində ən yaxşı vəziyyətin olduğu on ölkə arasında öz yerini qoruyub saxlayıb.
Trend-in məlumatına görə, hesabat çərşənbə axşamı Doing Business-in rəsmi saytında dərc olunub.
Bu göstərici üzrə Azərbaycan reytinqin əhatə etdiyi 185 ölkə arasında 9-cu yerdədir.
Ötənilki nəticələrlə müqayisədə Azərbaycan vergi inzibatçılığı (bir il əvvəlki 79-cu yerə qarşı 76-cı yer) və ödəyəbilməmə icazəsi (99-cu yerə qarşı 95-ci) kimi subpozisiyalarda daha yaxşı uğur qazanıb.
Ümumilikdə isə Azərbaycan reytinqdə 67-ci yeri tutub.
Azərbaycanın reytinqi aşağıdakı göstəricilər üzrə yaranıb: müəssisələrin qeydiyyatı - 18-ci yer, vergiqoyma - 76, beynəlxalq ticarət - 169, mülkiyyətin qeydiyyatı - 9,tikintiyə icazə - 177, kreditləşdirmə - 53, ödəniş qabiliyyətinin olmamasının icazəsi - 95, müqavilələrin yerinə yetirilməsinin təminatı - 25, investorların hüquqlarının müdafiəsi - 25, enerji təchizatı sisteminə qoşulma - 175.
Biznesin idarə edilməsi üçün ən əlverişli şəraitin yaradılması üzrə dünya reytinqinə Sinqapur ardıcıl olaraq yeddinci ildir başçılıq edir. Ondan başqa reytinqin liderlər onluğuna daxil olublar: Honkonq, Yeni Zelandiya, ABŞ, Danimarka, Norveç, Böyük Britaniya, Koreya Respublikası, Gürcüstan və Avstraliya. Son il ərzində biznesin idarə edilməsi üçün şəraitin sadələşdirilməsində ən böyük irəliləmə Polşa, Şri-lanka, Ukrayna, Özbəkistan, Burundi, Kosta-Rika, Monqolustan, Yunanıstan, Serbiya və Qazaxıstan nümayiş etdirib.
Postsovet məkanı ölkələrindən liderlik mövqeyini Gürcüstan (9-cu yer), Estoniya (21 yer), Latviya (25), Litva (27), Qazaxıstan (49), Belarus (58), Qırğızıstan (70), Moldova (83) gəlir. Azərbaycandan aşağı reytinq üzrə Rusiya (112), Ukrayna (137), Tacikistan (141), Özbəkistan (154) tuturlar.
Bütovlükdə bu il reytinqdə Şərqi Avropa və Mərkəzi Asiya ölkələri Şərqi Asiya və Sakit okean regionu ölkələrini qabaqlayıb. Beləliklə, bu region yüksək gəlir səviyyəsi ilə İƏİT-ə üzv ölkələrdən sonra sahibkarlıq fəaliyyəti üçün ən əlverişli şəraitin yaradılmasına görə dünyada ikinci olub.
"Biznesin idarə edilməsi - 2013" adlı məruzə artıq onuncu dəfədir tərtib edilir və 185 ölkəni əhatə edir. Orada fəaliyyətinin bütün dövrü ərzində müəssisələrin yaradılması, biznesin idarə edilməsi, xarici ticarət fəaliyyətin həyata keçirilməsi, vergilərin ödənişini, həmçinin investorların hüquqlarının mühafizə səviyyəsi daxil olmaqla, biznesin inkişafına imkan yaradan və ya mane olan normaların nizama salınması tədqiq olunur.
Milli.Az