Facebook ağır itki verdi

22 Oktyabr 2012 18:02
Milli.Az Gizmodo-ya istinadən bildirir ki, o, Britaniyada informasiya texnologiyaları sahəsindəki şirkətlərin dəstəklənməsi ilə məşğul olan Tech City İnvestment-ə rəhbərlik edəcək.
Şilds vəzifə səlahiyyətlərinin icrasına 2013-cü ilin yanvarında başlayacaq.

2011-ci ilin aprelində yaradılmış Tech City İnvestment fondunun əsas məqsədi Londonun şərqinə investisiyaların cəlb olunmasıdır.
Yüksək texnologiyalar biznesinə dəstək proqramına artıq Cisco, Google və İntel qoşulublar.

"Facebook-da dörd çox güclü regional lider var. İndi onların qarşısında yeni imkanlar yaranıb. Bəzən rəhbərlik getməli və başqalarına şans verməlidir", - Şilds deyib.

AOL-dan Facebook-a keçmiş və sosial şəbəkənin inkişafında çox böyük rol oynamış Şildsin gedişi Facebook-un səhmlərini daha da ucuzlaşdıra bilər.

Milli.Az