BP şirkəti payını satır

22 Oktyabr 2012 17:53
Razılığa əsasən, Rosneft BP-nin payı üçün 27 milyard dollar ödəyəcək.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, BP TNK-bp-dəki payının 50 faizini nağd pul və səhmlərin kombinasiyası müqabilində satacaq.

Britaniya şirkəti 11-13 milyard dollar arasında nağd pul və Rosneft şirkətinin səhmlərinin 15-20 faizini alacaq. Rosneftin səhmlərinin ümumi dəyəri 73.4 milyad dollar təşkil edir.

Bu tranzaksiya BP-ni Rosneftin səhmlərinə sahib olan ikinci ən böyük şirkət edəcək.

Milli.Az