Livanın paytaxtında güclü partlayış baş verib

19 Oktyabr 2012 18:26
Livanın paytaxtı Beyrut şəhərində güclü partlayış baş verib. Bu barədə Trend cümə günü "əl-Cəzirə" telekanalına istinadən məlumat verir.

Partlayış nəticəsində 2 nəfər ölüb, daha 15 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

İlkin məlumata görə, partlayış şəhərin mərkəzi küçələrinin birində saxlanılan avtomobildə baş verib.

Milli.Az