"Fənərbağça" dünya çempionatında 3-cü oldu: "Rabitə" finalı gözləyir - YENİLƏNİB
19 Oktyabr 2012 17:36
17:36
Apasport.az saytının məlumatına
görə, mundialın həlledici görüşündə "Rabitə" Braziliya "Sollis Nestle"si
ilə oynayacaq.
Çempionatda ikinci dəfə üz-üzə gələcək
komandaların duelində təmsilçimizin revanş alacağı gözlənilir. Çünki
qrup mərhələsinin ilk oyununda cənubi amerikalılara 1:3 hesabı ilə
uduzan voleybolçularımız rəqibdən qisas almaq arzusundadırlar.
Bundan
əlavə, son 2 matçda qələbə də komandamızın düşərgəsində əla ab-hava
yaradıb. Ardıcıl 2-ci dəfə finalda mübarizə aparacaq "Rabitə" mundialda
yeni tarix yazmağı qarşısına məqsəd qoyub.
Həlledici görüşdən
öncə isə üçüncü yer uğrunda görüş baş tutub. Qarşılaşmada Puerto-Rika
"Lançeras de Katano"u Türkiyə "Fənərbağça"si ilə bir daha gücünü
yoxlayıb. Onların oyunları 3:0 hesabı ilə
istanbulluların xeyrinə başa çatıb.
19 oktyabr
Üçüncü yer uğrunda
"Lançeras de Katano" (Puerto-Rika) - "Fənərbağça" (Türkiyə) - 0:3 (16:25, 17:25, 17:25)
Final
19:00. "Sollis Nestle" (Brazliya) - "Rabitə" (Azərbaycan)
Milli.Az
--------
12:30
Apasport.az saytının məlumatına görə, mundialın həlledici görüşündə "Rabitə" Braziliya "Sollis Nestle"si ilə oynayacaq.
Çempionatda ikinci dəfə üz-üzə gələcək komandaların duelində təmsilçimizin revanş alacağı gözlənilir. Çünki qrup mərhələsinin ilk oyununda cənubi amerikalılara 1:3 hesabı ilə uduzan voleybolçularımız rəqibdən qisas almaq arzusundadırlar.
Bundan əlavə, son 2 matçda qələbə də komandamızın düşərgəsində əla ab-hava yaradıb. Ardıcıl 2-ci dəfə finalda mübarizə aparacaq "Rabitə" mundialda yeni tarix yazmağı qarşısına məqsəd qoyub.
Həlledici görüşdən öncə isə üçüncü yer uğrunda görüş baş tutacaq. Qarşılaşmada Puerto-Riko "Lançeras de Katano"u Türkiyə "Fənərbağça"si ilə bir daha gücünü yoxlayacaq. Onların qrup mərhələsindəki matçı 3:0 hesabı ilə istanbulluların xeyrinə başa çatmışdı.
19 oktyabr
Üçüncü yer uğrunda
12:00. "Lançeras de Katano" (Puerto-Rika) - "Fənərbağça" (Türkiyə)
Final
19:00. "Sollis Nestle" (Braziliya) - "Rabitə" (Azərbaycan)
Milli.Az